Ana Sayfa > Karusel / Gündəm > Yekaterinburqda qətlə yetirilən qardaşların meyitləri Azərbaycanda da ekspertiza olunacaq, Ağcabədidə dəfn ediləcəklər
Yekaterinburqda qətlə yetirilən qardaşların meyitləri Azərbaycanda da ekspertiza olunacaq, Ağcabədidə dəfn ediləcəklər30-06-2025, 15:19. Yazar: Admin |
“Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”. Bu barədə Qarabaginfo.az-a Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib. O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq: “Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib. Geri dön |