Ana Sayfa > Karusel / Dünya > Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur

Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur


29-06-2025, 10:19. Yazar: Admin

Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsraildə Baş nazir Benyamin Netanyahunun rüşvət və fırıldaqçılıqda ittiham olunması ilə bağlı aparılan məhkəmə prosesi İran və HAMAS-la danışıqların aparılmasına mane olur.

“İsraildə Netanyahu ilə bağlı baş verənlər dəhşətlidir”, – deyə Tramp "Truth Social" hesabında yazıb.

“O, müharibə qəhrəmanıdır və ABŞ-la birgə böyük işlər görərək İranın nüvə təhdidini aradan qaldırmaqda uğur qazanmış baş nazirdir. Bundan əlavə, o, hazırda HAMAS-la girovların azad edilməsini nəzərdə tutan razılaşma barədə danışıqlar aparır”, - Ağ Ev rəhbəri qeyd edib.


Geri dön