Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
Ana Sayfa > Karusel / Siyasət > Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı


28-06-2025, 16:19. Yazar: Admin

rusiyali-diplomat-azerbaycan-xin-e-cagirildi

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.  

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

“Rusiya tərəfinə iyunun 27-si həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb”, - məlumatda deyilir.


Geri dön