Ana Sayfa > Karusel / Qarabağ > Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçu şəhid olub, “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb

Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçu şəhid olub, “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb


13-12-2020, 14:32. Yazar: Admin

Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 hərbi qulluqçu şəhid olub, “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb

Noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. 

Qarabaginfo.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda əksini tapıb. 

Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: "Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir”.

 

 


Geri dön