Ana Sayfa > Karusel / Dünya > Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb

Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb


26-06-2025, 11:35. Yazar: Admin

Gürcü qadın Yunanıstanda 65 hektar meşə sahəsini yandırıb

Yunanıstanın Xios (Saqqız) adasında 30 yaşlı gürcü qadın 65 hektar meşə sahəsini yandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Yunanıstanda qulluqçu işləyən qadın iyunun 23-də siqaret kötüyünü meşə ərazisinə atıb və nəticədə yanğın baş verib.

Yerli media gürcü qadının artıq günahını etiraf etdiyini, yanğınsöndürmə işlərinin isə hələ də davam etdiyini bildirir./Apa


Geri dön