Ana Sayfa > Karusel / Dünya > NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılığa gəliblər
NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılığa gəliblər25-06-2025, 16:43. Yazar: Admin |
NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılaşıblar. Qarabaginfo,az xəbər verir ki, bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib. Müttəfiqlər 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-nin müdafiə xərclərinə sərf olunması ilə bağlı razılığa gəliblər. Birgə bəyanatda “Rusiyadan və terrorizmdən gələn təhdidlərə qarşı” alyans üzvlərinin həmrəy olduğu vurğulanır. Bəyannamədə əlavə olaraq, NATO ölkələrinin 2029-cu ildə hərbi investisiyaların parametrlərinə yenidən baxılacağı da qeyd olunub. Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin hərbi xərclərə ayırmalı olduğu büdcə ümumi daxili məhsulun sadəcə 2%-ni təşkil etməli idi. Geri dön |