İranın şimalındakı Rəşt şəhərinin ətrafına bir neçə pilotsuz təyyarə hücum edib.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat yayıb.
“Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib.
Lakin dronların haradan göndərildiyi açıqlanmır.