Ana Sayfa > Karusel / Dünya > Siyarto: NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər
Siyarto: NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər25-06-2025, 08:23. Yazar: Admin |
NATO ölkələri Haaqa sammitindən əvvəl müdafiə xərclərinin artırılması ilə bağlı konsensusa nail olublar. "Sammitə hazırlıq mərhələsində artıq belə bir razılıq əldə olunub ki, 2035-ci ilə qədər – yəni növbəti on il ərzində müdafiə xərcləri 3,5% + 1,5% səviyyəsinə çatdırılmalıdır. 2029-cu ildə yoxlama keçiriləcək və hər il irəliləyişlə bağlı hesabat təqdim olunacaq", – Siyarto vurğulayıb. Nazir onu da qeyd edib ki, sammitin yekun sənədində konkret rəqəmlər öz əksini tapmayacaq. Geri dön |