Ana Sayfa > Karusel / Dünya > Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi

Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi


24-06-2025, 08:33. Yazar: Admin

Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi

“İran nüvə obyektlərinin məhv edilməsinə gözlədiyimizdən zəif reaksiya verdi".

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O vurğulayıb ki, atılan 14 raketdən 13-ü məhv edilib, biri isə təhlükəsiz əraziyə düşüb.

Ağ Ev rəhbəri, eyni zamanda, İranın regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində ortaq fikrə gələcəyinə inandığını bildirib və İsraili də eyni yanaşma nümayiş etdirməyə çağırıb.

“Mən əvvəlcədən xəbərdarlığa görə İrana təşəkkür etmək istəyirəm ki, bu da insan tələfatının və xəsarətlərin qarşısını almağa imkan verdi.", - Tramp əlavə edib.


Geri dön