Ana Sayfa > Karusel / Gündəm > BMT missiyası Qarabağa gəlir

BMT missiyası Qarabağa gəlir


11-12-2020, 14:41. Yazar: Admin
 

Birləşmiş Millətlər Təşkilatı Qarabağa missiya göndərəcək.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Cucarrik açıqlama verib.

“BMT Dağlıq Qarabağa missiyasını göndərmək niyyətindədir və tərəfləri sıx əməkdaşlığa çağırır”- deyə açıqlamada deyilir.

 Qeyd edək ki, bu ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatın 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.

Çox ehtimal ki, missiya bunun üçü bölgəyə gəlir.


Geri dön