Ana Sayfa > Karusel / Region > Bu gün Aİ-də Gürcüstanla bağlı müzakirələr aparılacaq
Bu gün Aİ-də Gürcüstanla bağlı müzakirələr aparılacaq23-06-2025, 15:02. Yazar: Admin |
Bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstanla bağlı müzakirələr aparılacaq. Qarabaginfo.az xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris Şuraya Gürcüstanla bağlı 6 maddəlik təşəbbüs təqdim edəcəyini bildirib. “Bugünkü gündəlikdə Gürcüstan və Litvanın Gürcüstanla bağlı təşəbbüsüdür. Biz humanitar vəziyyətin pisləşdiyi Gürcüstanla necə davam edəcəyimizə dair 6 maddəlik təşəbbüs irəli sürəcəyik. İndi bunu etmək üçün doğru zamandır. Mən bunu müzakirə edəcəyəm. Biz artıq öz təkliflərimizi çatdırmışıq və mən bunları əvvəlcə öz həmkarlarımla müzakirə edəcəyəm”, - litvalı nazir qeyd edib. Geri dön |