Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib23-06-2025, 13:52. Yazar: Admin |
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib. Qarabaginfo.az MN-ə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə 2025-ci ilin birinci yarısında Müdafiə Nazirliyində görülən işlər barədə ümumi hesabat məlumatları elan olunub. Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq cari ilin birinci yarımilində icra edilmiş müvafiq fəaliyyətlər diqqətə çatdırılıb. Ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsinin də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirildiyi qeyd olunub. Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Geri dön |