Ana Sayfa > Karusel / Gündəm > Ərdoğanın Zəfər paradında söylədiyi şeir İranı qıcıqlandırdı

Ərdoğanın Zəfər paradında söylədiyi şeir İranı qıcıqlandırdı


11-12-2020, 13:38. Yazar: Admin
 

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı Zəfər paradında söylədiyi şeir İran xarici işlər naziri Cavad Zərifin acığına gəlib.

Qarabaginfo.az xəbər verir ki, Ərdoğanın Zəfər paradında

“Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar”

şeir parçasına Cavad Zərif özünün Twitter hesabında atmaca ilə cavab yazıb.

“Ərdoğana deyilməyibmi ki, Bakıda səhv oxuduğu şeir Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi? Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz”, - yazan İran Xarici işlər naziri əslində Güney Azərbaycana yönəlik misralardan qıcıqlandığını gizlədə bilməyib.

Cavad Zərifin tviti sosial şəbəkənin erməni izləyicilərini məmnun edib.


Geri dön