Ana Sayfa > Karusel / Siyasət > Türkiyəli nazir: Hörmüz boğazının bağlaması ilə bağlı mümkün ssenariləri nəzərdən keçiririk
Türkiyəli nazir: Hörmüz boğazının bağlaması ilə bağlı mümkün ssenariləri nəzərdən keçiririk23-06-2025, 11:51. Yazar: Admin |
“İqtisadiyyatımızın şoklara qarşı dözümlülüyünü artırmışıq”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək deyib. O, cəmiyyəti İranın Hörmüz boğazını bağlaması ehtimalından qaynaqlanan və Türkiyə iqtisadiyyatının zərbə alacağı ilə bağlı spekulyasiyalara inanmamağa çağırıb. “Artan geosiyasi gərginlikləri iqtisadiyyatımıza təsirlərini hər tərəfli təhlil edirik və ehtimal olunan ssenariləri nəzərdən keçiririk. İqtisadiyyatımızın şoklara qarşı immunitetini əhəmiyyətli dərəcədə artırmışıq. İnflyasiya ilə mübarizədə qətiyyətliyik və lazım olan bütün addımları atacağıq”- nazir vurğulayıb. Geri dön |