“Biz Rusiyada çox ciddi məsləhətləşmələr həyata keçirəcəyik”.
Qarabaginfo.az “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiyaya səfəri öncəsində mətbuata açıqlama verən İranın xarici işlər nazirinin müavini Abbas Araqçi deyib.
O bildirib ki, səfər proqramına Rusiya prezidenti Vladimir Putinlə görüş də daxildir.