Ana Sayfa > Karusel / Siyasət > Makron və Pezeşkian telefon danışığı aparıb
Makron və Pezeşkian telefon danışığı aparıb21-06-2025, 15:56. Yazar: Admin |
Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Makron özünün "X" hesabında xəbər verib. O bildirib ki, telefon danışığı zamanı Pezeşkiandan İranda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını tələb edib: "Məqsədlərinin dinc olduğunu sübut etmək İranın öhdəliyindədir. Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”- deyə Makron paylaşımında qeyd edib. Geri dön |