Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq
Ana Sayfa > Karusel / Dünya > İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq


21-06-2025, 14:11. Yazar: Admin

İranın xarici işlər naziri Abbas Araqçi

 

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib.

Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.


Geri dön