Ana Sayfa > Karusel / Sosial > Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən tunelin tikintisinə başlanılıb

Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən tunelin tikintisinə başlanılıb


26-12-2017, 14:53. Yazar: Admin

 

 

ziya bunyadov ve heyder eliyev prospektlerini birlesdiren tunelin tikintisine baslanilib

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.


Qarabaginfo xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: "Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından hava limanı istiqamətində hərəkət edir. Bu da həmin ərazidə müəyyən sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün nəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçidi üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçib, Bakı Olimpiya Stadionunun arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

 

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

 

Tunelin tikintisinin nə vaxt başa çatacağına gəlincə, A.Nəcəfli vurğulayıb ki, işlərə yeni başlanılıb: "Tunelin tikintisinin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr yarana bilər. Buna baxmayaraq, işlərin gələn il ərzində yekunlaşdırılması nəzərdə tutulur".


Geri dön