Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı
Ana Sayfa > Karusel / Dünya > Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı


11-12-2020, 09:21. Yazar: Admin

 

Avstraliya koronavirus peyvəndinin istehsalını dayandırdı

Avstraliyanın Kvinslend Universiteti və “CSL Limited” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndlərinin sınaqları bir sıra könüllülərdə qeyri-düzgün immun çatışmazlığı virusu testləri nəticələrinin yaranmasından sonra dayandırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə preparatın istehsalçılarının bəyanatında bildirilir.

"CSL və Avstraliya hökuməti peyvəndin hazırlığının ikinci və üçüncü sınaq mərhələlərinin keçirilməməsi barədə razılığa gəliblər. Birinci mərhələ davam edəcək", - açıqlamada qeyd edilir.

Eyni zamanda peyvəndin istehsalçıları vaksinin HİV infeksiyasına səbəb ola bilməyəcəyini vurğulayıblar. Qeyd edilir ki, standart nəzarət testləri test iştirakçılarının insan immun çatışmazlığı virusu olmadığını təsdiqləyib. "Report"


Geri dön