Ana Sayfa > Karusel / Dünya > Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək

Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək


11-12-2020, 09:03. Yazar: Admin

Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək

Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarı 1 mart 2021-ci ildə açıqlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda “ölkəsinin ədalətinin obyektivliyinə inandığını” bildirib.

 

9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib. Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib.


Geri dön