Ana Sayfa > Karusel / Dünya > Dünyada koronavirusdan sağalanların sayı 49 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 49 milyonu ötdü


11-12-2020, 07:20. Yazar: Admin

 

Dünyada koronavirusdan sağalanların sayı 49 milyonu ötdü

 

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasından sağalanların sayı 49 milyonu ötüb. Bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 70 625 902 nəfər koronavirusa yoluxub, 1 586 518 nəfər bu virusdan dünyasını dəyişib, 49 090 272 nəfər sağalıb.

Hazırda dünyada 19 949 112 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 680-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

 

 


Geri dön