Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL18-06-2025, 11:00. Yazar: Admin |
Bu ilin yanvar-may aylarında Azərbaycanda 10762,7* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.
Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 10 390,2 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% artım). Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 8 693,4 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 1% azdır. Qeyd etmək lazımdır ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib. Azərbaycanda elektrik enerjisinin istehsalı: Geri dön |