Rusiyalı biznesmen Samvel Karapetyan Ermənistan Daxili İşlər Nazirliyinin onun İrəvandakı evində apardığı axtarışları şərh edib.
Qarabaginfo.az xəbər verir ki, iş adamı bu barədə "RT"yə danışıb
"Onlar maska şousu keçirib məni saxlamaq istəyirdilər. Həyətə toplaşan insanlar, sadə insanlar isə müqavimət göstərdilər", - Karapetyan qeyd edib.
Onun sözlərinə görə, hazırda İrəvanda yaşadığı küçə tamamilə bağlanıb.
Qeyd edək ki, bundan əvvəl Samvel Karapetyanın tutulması barədə məlumat yayılmışdı.