Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib
Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib14-06-2025, 19:09. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Danışıq zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub. Ərdoğan “İsrailin bölgənin sabitliyi və təhlükəsizliyinə ən böyük təhdid olduğunu, bunun İrana hücumla bir daha sübut etdirildiyini, gərginliyi azaltmaq üçün İsrailin qarşısının alınmasının lazım olduğunu” bildirib. Geri dön |