Ana Sayfa > Karusel / Dünya > Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb

Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb


13-06-2025, 22:23. Yazar: Admin

Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putin İranın prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Benyamin Netenyahu ilə telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, Putin İsrailin zərbələri nəticəsində həlak olanlar, o cümlədən mülki şəxslərlə bağlı İran rəhbərliyinə və xalqına başsağlığı verib.

Rusiya prezidenti Pezeşkianla söhbətində Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Qeyd edib ki, Rusiya İran və İsrail arasında münaqişənin deskalasiyasına töhfə verməyə davam edəcək.

Pezeşkian isə İsrailin İran ərazisinə endirdiyi zərbələrə görə İrandan “müvafiq cavab” alacağanı söyləyib.


Geri dön