Ana Sayfa > Karusel / İqtisadiyyat > Kəlbəcərdə 2,5 milyon nəyə xərclənəcək?

Kəlbəcərdə 2,5 milyon nəyə xərclənəcək?


13-06-2025, 15:00. Yazar: Admin

 

Kəlbəcər
Kəlbəcər

Kəlbəcər rayonunda yaşayış məntəqələrinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Kəlbəcər” yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilişi üçün 2 564 187 manat vəsait ayrılıb.

Tender “Azərişıq” ASC ilə “Smart Energy Services” MMC arasında bağlanıb. Məlumata görə, “Smart Energy Services” MMC uzun illərdir “Azərişıq” ASC-nin iri tenderlərini qazanaraq elektrik infrastrukturu sahəsində bir sıra layihələri həyata keçirir.


Geri dön