Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qırıcı təyyarələrimizin hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər - Yalandır!
Ana Sayfa > Karusel / Siyasət > Qırıcı təyyarələrimizin hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər - Yalandır!

Qırıcı təyyarələrimizin hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər - Yalandır!


13-06-2025, 14:58. Yazar: Admin

qirici-teyyarelerimizin-hazir-veziyyete-getirilmesi-ile-bagli-xeber

Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.

Qarabaginfo.az xəbər verir ki, sözügedən saxta məlumatda Azərbaycanın İran raketləri və kamikadze PUA-larının mümkün hücumunu dəf etmək üçün öz qırıcı təyyarələrini hazır vəziyyətə gətirdiyi bildirilib.

İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Qeyd edək ki, rəsmi Bakı hər iki ölkə arasındakı qarşıdurma ilə bağlı bəyanat yayaraq İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahat olduğunu bəyan edib.

 


Geri dön