Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan neftinin qiyməti 72 dolları ötüb
Azərbaycan neftinin qiyməti 72 dolları ötüb12-06-2025, 09:41. Yazar: Admin |
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Geri dön |