Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Hadisə > Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi
Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi11-06-2025, 12:43. Yazar: Admin |
Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür. Qarabaginfo.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür. İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub. Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb. Geri dön |