Ana Sayfa > Karusel / İqtisadiyyat > Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb
Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb11-06-2025, 11:27. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər. Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar bu il iyul ayının 23-də veriləcək. Geri dön |