Ana Sayfa > Karusel / Dünya > Los-Ancelesə hərbi qüvvələrin yeridilməsi ABŞ-a 134 milyon dollara başa gələcək
Los-Ancelesə hərbi qüvvələrin yeridilməsi ABŞ-a 134 milyon dollara başa gələcək11-06-2025, 10:50. Yazar: Admin |
Etiraz aksiyalarının baş verdiyi Los-Anceles şəhərinə Milli Qvardiya qüvvələrinin yeridilməsi ABŞ dövlət büdcəsinə 130 milyon dollardan artıq xərcə başa gələcək. “Mövcud hesablamalara əsasən, hərbi qüvvələrin yerləşdirilməsi üzrə xərclər 134 milyon dollar səviyyəsində qeydə alınıb. Bu məbləğin əsas hissəsi logistika, yerləşdirmə və ərzaq təminatı ilə bağlıdır”, – deyə Pentaqon rəhbərinin köməkçisi Brin Ullakott Makdonnell bildirib. Etirazları yatırtmaq üçün ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın 2 minə yaxın heyətini Los-Ancelesə yeridilməsini əmr edib. Geri dön |