Ana Sayfa > Karusel / Region > Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb
Azərbaycan ərazisinə keçən iki gənc Ermənistana qaytarılıb6-06-2025, 23:03. Yazar: Admin |
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib. Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib. Məlumatda bildirilirdi ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar. Ermənistan MTX ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib. Geri dön |