Ana Sayfa > Karusel / Region > Ermənistanda 2 gənc azaraq Azərbaycan ərazisinə keçib?
Ermənistanda 2 gənc azaraq Azərbaycan ərazisinə keçib?6-06-2025, 15:21. Yazar: Admin |
Ermənistanın Azərbaycanla sərhəd Sünik (Zəngəzur) bölgəsində 17-18 yaşlı iki gənc itkin düşüb. Qarabaginfo.az News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, sərhəddəki Tex kəndinin sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci ildə anadan olmuş Andrey Qyaquns gecə saat 01:20 radələrində Aravus kəndi yaxınlığında itkin düşüblər. Onların azaraq Azərbaycan ərazisinə keçdiyi ehtimal edilir. Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib. Geri dön |