Ana Sayfa > Karusel / Dünya > Mask: Mən olmasaydım Tramp seçkilərdə uduzardı

Mask: Mən olmasaydım Tramp seçkilərdə uduzardı


5-06-2025, 22:28. Yazar: Admin

Mask: Mən olmasaydım Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.

Qarabaginfo.az xəbər verir ki, Mask bu haqda öz “X” hesabında məlumat verib.

"Mən olmasaydım, Tramp seçkiləri uduzar, Nümayəndələr Palatası Demokratların nəzarəti altına keçərdi", - o yazıb.

Qeyd edək ki, Maskın tənqidi Trampın onun hərəkətlərindən məyus olması ilə bağlı sözlərinə cavab olaraq yazılıb.


Geri dön