Ana Sayfa > Karusel / Dünya > KİV: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir
KİV: Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir5-06-2025, 09:58. Yazar: Admin |
Böyük Britaniya hərbi strategiyasını yenidən nəzərdən keçirməlidir və hərbi bazalardan istifadəyə yanaşmasını dəyişməlidir. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Economist” jurnalı məlumat yayıb. Jurnal xüsusilə yazıb ki, Britaniya Kral Hərbi Hava Qüvvələri bir çox Avropa ölkələri kimi bazaları bağlamaqla və təyyarələri bir yerdə yerləşdirməklə pula qənaət edib. Lakin Ukraynanın Rusiyaya PUA-larla kütləvi hücumu Britaniyaya bu strategiyanın səhv olduğunu xatırladıb. “İndi Hərbi Hava Qüvvələri daha geniş bazalardan döyüş əməliyyatları aparmağı, döyüş sursatı, ehtiyat hissələri və yanacağı dağıtmağı yenidən öyrənməlidir”. Geri dön |