Ana Sayfa > Karusel / Dünya > NATO rəhbəri vurulan Rusiya təyyarələrinin Ukrayna əhalisinə hücumda istifadəsini açıqlayıb

NATO rəhbəri vurulan Rusiya təyyarələrinin Ukrayna əhalisinə hücumda istifadəsini açıqlayıb


4-06-2025, 17:18. Yazar: Admin

NATO-nun baş katibi Mark Rütte

 

“Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” xüsusi əməliyyatı nəticəsində Rusiya aerodromlarında vurulan 41 hərbi təyyarədən dinc əhaliyə hücumlarda istifadə edilib”.

Qarabaginfo.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi əməliyyata münasibət bildirərkən belə deyib.

O bildirib ki, bu faktor Ukraynanın müttəfiqləri tərəfindən nəzərə alınmalıdır.

Baş katib həmin hadisənin rəsmi Moskva ilə danışıqlara təsirini dəyərləndirərkən vurğulayıb ki, tərəfdaşlar rəsmi Kiyevin sülh danışıqlarında əlverişli mövqeyə malik olmasını arzulayır:

“Biz bu münaqişənin uzunmüddətli həll yolunu tapmasını istəyirik”.


Geri dön