Ana Sayfa > Karusel / Sosial > 4 aptekdə nöqsanlar aşkarlanıb

4 aptekdə nöqsanlar aşkarlanıb


4-06-2025, 14:58. Yazar: Admin

4 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Bu barədə Qarabaginfo.az-a AEM-dən məlumat verilib.

Yoxlamalar zamanı 4 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.


Geri dön