Ana Sayfa > Karusel / İqtisadiyyat > Kamal Abbasov: Aİ-nin əlavə qaz tələbatını qarşılamaq üçün uzunmüddətli müqavilələr və maliyyə dəstəyi vacibdir
Kamal Abbasov: Aİ-nin əlavə qaz tələbatını qarşılamaq üçün uzunmüddətli müqavilələr və maliyyə dəstəyi vacibdir4-06-2025, 14:53. Yazar: Admin |
"Avropanın əlavə qaz tələbatını qarşılamaq üçün uzunmüddətli müqavilələr və maliyyə dəstəyi vacibdir". Qarabaginfo.az xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Kamal Abbasov deyib. Onun sözlərinə görə, bu cür layihələr vaxt, maliyyə və aydın müqavilələr tələb edir: “Avropaya qaz nəqli üçün əlavə tələbat yaranarsa, bunun həyata keçirilməsi uzunmüddətli müqavilələr, riskləri azaldacaq dəstək mexanizmləri və maliyyə alətləri ilə mümkün ola bilər. Əgər bu təmin olunarsa, Azərbaycanın Avropa üçün əlavə qaz tələbatını qarşılaması mümkündür”. Kamal Abbasov qeyd edib ki, Avropa İttifaqı üçün bu, real bazar fürsəti ola bilər. Rusiya ilə bağlı enerji böhranı fonunda Avropanın təbii qaz tələbatı hələ də yüksək olaraq qalır: “Yeni qaz hasilatı sənayesinə dəstək göstərilməli və bu, Aİ-nin tədqiqat və sərmayə prioritetləri sırasına daxil edilməlidir. Amma praktiki dəstək olmadan — xüsusilə maliyyələşmə, müqavilələşmə və infrastruktur olmadan — bu əməkdaşlıq çətin olacaq. Bu, xüsusən Mərkəzi və Şərqi Avropa üçün vacibdir”. Geri dön |