Ana Sayfa > Karusel / Region > Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib

Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib


4-06-2025, 10:39. Yazar: Admin

İranın Ali Rəhbəri Seyid Əli Xamenei

 

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.

Xamenei ABŞ-ın nüvə müzakirələrindəki təklifinə qarşı çıxaraq planın İranın əleyhinə olduğunu qeyd edib: “Siz kimsiniz ki, İrana deyirsiniz ki, bizim nüvə proqramımız olsun, ya yox? ABŞ-ın nüvə təklifi bizim güc prinsipimizə 100% ziddir. ABŞ bizim nüvə proqramımızı zəiflədə bilməyəcək. İran uranın zənginləşdirilməsi işindən əl çəkməyəcək”.


Geri dön