Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ADNSU 580 min manat ayırdı— Cərimə olunan şirkət enerji laboratoriyası quracaq
Ana Sayfa > Karusel / İqtisadiyyat > ADNSU 580 min manat ayırdı— Cərimə olunan şirkət enerji laboratoriyası quracaq

ADNSU 580 min manat ayırdı— Cərimə olunan şirkət enerji laboratoriyası quracaq


4-06-2025, 10:23. Yazar: Admin

Adnsu

Adnsu

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bərpa olunan enerji sahəsində yeni laboratoriya yaradacaq. 

Qarabaginfo.az xəbər verir ki, bu layihə BP Eksploreyşn Limited Şirkətinin Azərbaycan nümayəndəliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək.

Məlumata görə, laboratoriyanın qurulması üçün 579 950 manat vəsait ayrılıb. Layihənin icrasını isə “Greentech Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üzərinə götürüb. 2021-ci ildə yaradılan şirkət əsasən tikinti və dizayn sahəsində fəaliyyət göstərir və ölkədə müasir layihələr həyata keçirməklə tanınır.

Araşdırmalar zamanı məlum olub ki, “Greentech Solutions” MMC daha əvvəl bəzi inzibati problemlərlə də qarşılaşıb. Belə ki, 2024-cü ildə icbari sığorta müqaviləsi bağlamadığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cərimələnib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə şirkətə inzibati tənbeh tətbiq edilib.


Geri dön