Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə 5-ci konfransda açıqlayıb.
Səfir Dekotini bildirib ki, Ermənistan və Fransa arasında əlaqələr çoxşaxəli xarakter daşıyır və bu səbəbdən əməkdaşlıq proseslərinin səmərəli idarə olunması üçün xüsusi koordinasiya vacibdir. Yeni vəzifənin yaradılması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək.