Ana Sayfa > Karusel / Region > Paşinyan kilsənin dövlətə maliyyə hesabatlılığı verməsini təmin etmək niyyətindədir
Paşinyan kilsənin dövlətə maliyyə hesabatlılığı verməsini təmin etmək niyyətindədir2-06-2025, 14:02. Yazar: Admin |
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatlılığının təmin edilməsi haqqında qanun layihəsini irəli sürmək niyyətindədir. Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Artur Ovannisyan “Facebook”da yazıb. “Şənbə və bazar günləri “Facebook” səhifəmdə “Erməni Apostol Kilsəsi dövlətə maliyyə hesabatı verməlidirmi?” sorğu keçirdim. Sorğuda 2 679 istifadəçi iştirak edib: 96% (2 575) hə, 4% (104) yox deyib. Bu istiqamətdə qanunvericilik işləri aparılmalıdır”, - o qeyd edib. Geri dön |