Ana Sayfa > Karusel / Dünya > Rusiya son bir gündə Britaniya istehsalı olan 2 raketi vurub
Rusiya son bir gündə Britaniya istehsalı olan 2 raketi vurub2-06-2025, 13:59. Yazar: Admin |
Rusiya hava hücumundan müdafiə sistemləri 24 saat ərzində Böyük Britaniya istehsalı olan 2 "Storm Shadow" raketini vurub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan başqa, ötən gün ərzində Rusiya Hava Hücumumdan Müdafiə Qüvvələri Ukraynanın 4 JDAM avia bombasını və 316 pilotsuz uçuş aparatını vurub. PUA-lardan 205-i xüsusi hərbi əməliyyat z zonasından kənarda vurulub. Geri dön |