Ana Sayfa > Karusel / İqtisadiyyat > BP: "Şəfəq" GEŞ üzrə yekun investisiya qərarı sənədi imzalanacaq
BP: "Şəfəq" GEŞ üzrə yekun investisiya qərarı sənədi imzalanacaq2-06-2025, 12:25. Yazar: Admin |
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" 11 Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarının verilməsinə dair sənədin imzalanması gözlənilir. Qarabaginfo.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. "Yaşıl enerji ilə bağlı bizim Cəbrayıl rayonu ərazisində "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı layihəmiz var. Bu sərgi çərçivəsində ”Şəfəq" stansiyası ilə bağlı yekun investisiya qərarının imzalanması gözlənilir, imzalanma həyata keçiriləcək", - Bəxtiyar Aslanbəyli qeyd edib. Onun sözlərinə görə, stansiyada istehsal olunan elektrik enerjisi milli şəbəkəyə ötürüləcək və sonra həmin həcmdə enerji şəbəkədən Səngəçal terminalının elektrikləşməsinə yönəldiləcək. Qeyd edək ki, COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir. Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və bp-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək. Şəfəq Günəş Elektrik Stansiyasının səhmdarları bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon Geri dön |