Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Embawood”da növbəti dəfə qüsurlu malın geri qaytarılmasından imtina edildiyi aşkarlanıb
Ana Sayfa > Karusel / Sosial > “Embawood”da növbəti dəfə qüsurlu malın geri qaytarılmasından imtina edildiyi aşkarlanıb

“Embawood”da növbəti dəfə qüsurlu malın geri qaytarılmasından imtina edildiyi aşkarlanıb


2-06-2025, 10:18. Yazar: Admin

“Embawood”da növbəti dəfə qüsurlu malın geri qaytarılmasından imtina edildiyi aşkarlanıb

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.

Bu barədə Qarabaginfo.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.

Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.


Geri dön