Ana Sayfa > Karusel / Təhsil > DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib - FOTOLENT

DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib - FOTOLENT


1-06-2025, 10:52. Yazar: Admin

DİM-in müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edilib - FOTOLENT

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 6-10 yaş arasında olan şəhid övladlarına “Abituriyent” jurnalı redaksiyasının müvafiq yaş qrupları üçün qiymətləndirmə kitabçaları hədiyyə edilib.

Dövlət İmtahan Mərkəzindən Qarabaginfo.az-a verilən məlumata görə, bayram günü münasibətilə 108 şagirdə 12 adda 324 kitab təqdim olunub.

Bu vəsaitlərdən sinif şagirdləri, eləcə də müəllimlər faydalana bilərlər. Kitabçalarda uşaqların psixoloji diaqnostikası, Azərbaycan, ingilis və rayaziyyat fənlərinə aid qiymətləndirmə tapşırıqları yer alıb.


Geri dön