Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb
Ana Sayfa > Karusel / Dünya > Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb


31-05-2025, 10:31. Yazar: Admin

Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistana səfəri çərçivəsində Özbəkistanın ədliyyə naziri Akbar Taşkulovla görüşüb. 

Bu barədə Qarabaginfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq münasibətlərinin bu gün də uğurla inkişaf etdiyi qeyd olunub, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mühüm rolu xüsusi vurğulanıb.

Nazirlər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında sahə üzrə uğurlu çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.

Görüş zamanı tərəflər arasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Əməkdaşlıq Proqramına əsasən, 2025 və 2026-cı illərdə Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında hüquqşünasların tədrisi, notariat təcrübəsinin təkmilləşdirilməsi, ədliyyə sahəsində rəqəmsallaşma, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Geri dön