Ana Sayfa > Karusel / Dünya > Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır

Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır


30-05-2025, 15:35. Yazar: Admin

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak

 

Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya tərəfinin görüş başlamazdan əvvəl memorandum layihəsini təhvil verməsini israr edir.

“Ukrayna növbəti görüşə hazırdır, amma biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini əldə etmək vacibdir. Vaxt kifayət qədərdir - sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir”, - Yermak əlavə edib.


Geri dön