Ana Sayfa > Karusel / Kriminal > Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu
Əmisini qətlə yetirib ölkədən qaçmaq istəyərkən tutuldu30-05-2025, 10:39. Yazar: Admin |
Lənkəranda qətl hadisəsi baş verib. Qarabaginfo.az xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb. Kəsici-deşici alətlə öldürülən Vəliağa Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
Geri dön |