Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir müavini: Yaxın 5 ildə dünyada 170 mln. yeni iş yeri yaradılacaq
Nazir müavini: Yaxın 5 ildə dünyada 170 mln. yeni iş yeri yaradılacaq30-05-2025, 10:14. Yazar: Admin |
Hazırda qlobal miqyasda texnoloji tərəqqi, süni intellekt, avtomatlaşdırma, böyük verilənlərin analizi və rəqəmsal platformaların yayılması işçi qüvvəsinə olan tələbləri köklü şəkildə dəyişir. S.Bəşirli vurğulayıb ki, Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır, dövlət-özəl sektor əməkdaşlığı gücləndirilir, innovasiya ekosistemi yaradılır, texnoparklar, startap proqramları və rəqəmsal bacarıqlar üzrə təlim layihələri həyata keçirilir. “Hər bir qurum üçün bacarıqların akkreditasiyası və “ömürboyu öyrənmə” prinsipinin təşviqi dövrün ən əsas prioritetlərindəndir”, - deyə o əlavə edib. Geri dön |